AZ
Video yüklə

Bulvar ərazisində "sadə çay" verilmir?

5 baxış Son xəbərlər
Dənizkənarı Bulvar ərazisində fəaliyyət göstərən iaşə obyektlərində "Çay dəstgahı"nın israrla təklif olunması hər il olduğu kimi, bu il də bəzi müştərilərin narazılığına səbəb olub. "Sadə çay" (çay, qənd və limon) sifariş verən müştərilərə iaşə obyektləri tərəfindən məcburi olaraq mürəbbə, şokolad, ləpə və. s verilməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.



Bununla əlaqədar “Report”un əməkdaşları bulvar ərazisində olub, iaşə obyektlərindəki real vəziyyətlə və qiymətlərlə maraqlanıb.



Bəzi müştərilər "sadə çay" sifariş edərkən problem yaşamadıqlarını bildirsələr də, bir qismi isə çayın yanında əlavə şirniyyat götürmək məcburiyyətində olduqlarını qeyd ediblər.



İaşə obyektlərindən birinin administratoru "sadə çay"ın yanında şirniyyatı məcburi satmadıqlarını bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.