Bu rayonun 3 kəndinə içməli su çəkilir
35 baxış
Son xəbərlər
Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb. Dövlət investisiyası hesabına həyata keçirilən layihə çərçivəsində 10 minədək sakinin içməli su təchizatı yaxşılaşacaq. Layihə Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərini əhatə edir. İndiyədək su təchizatı sistemləri mövcud olmayan kənd sakinləri suya tələbatlarını uzaq məsafədən daşımaqla ödəyiblər. Təsdiqlənmiş layihəyə uyğun olaraq, Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir.
Tikinti quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, Qazax rayonu ilə yanaşı, hazırda Tovuz, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.