AZ
Video yüklə
Bu qadağa qüvvədə qaldı!

Bu video hazırda oynadıla bilmir.

Bu qadağa qüvvədə qaldı!

2 435 baxış Son xəbərlər
Ölkənin şəhər və rayonlarından sərt karantin rejiminin mövcud olduğu Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qərarı qüvvədə qalır.

Qazet.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

İndiyə qədər xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdı. Beləliklə, fərdi avtomobillərlə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışa icazə verilsə də, ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qüvvədə qalır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.