Bu il ökədəki bir neçə tarixi abidə bərpa ediləcək
50 baxış
Son xəbərlər
Hazırda bəzi tarixi abidələrdə təmir işləri aparılır. Digərlərinin bərpası üçün isə layihələr hazırlanıb. Bu il böyük mərdəkan qəsri də daxil olmaqla bir neçə tarixi abidənin bərpasına başlanacaq.
Bu il ökədəki bir neçə tarixi abidə bərpa ediləcək…
Mədəni irsin qorunması, bərpa və konservasiyası, eləcə də təbliği istiqamətində həyata keçirilən tədbirlər 2019-cu ildə də davam etdirilib. İl ərzində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Dövlət Proqramının tədbirlər Planına uyğun işlər həyata keçirib. Hazırda bəzi tarixi abidələrdə təmir və bərpa işləri aparılır.
Ötən ilin aprel ayında Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında Böyük Mərdəkan qəsri və Tuba şah məscidinin bərpası haqqında niyyət məktubu da imzalanıb. TİKA və yerli mütəxəssislərin iştirakı ilə layihələndirmə işləri aparılır.
Bu, Azərbaycanda tarixi abidələrin TİKA tərəfindən bərpa olunması baxımından ilk layihə olacaq. Sözügedən agentliklə əməkdaşlıq bu iki tarixi abidənin bərpası ilə yekunlaşmayacaq. Əldə olunan razılaşmaya əsasən Bakıda və bölgələrdə yerləşən başqa tarixi abidələrdə də bərpa işləri həyata keçiriləcək.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.