AZ
Video yüklə

Bu ərazilərə leysan və qar yağacaq

922 baxış Son xəbərlər
Bu ərazilərə leysan və qar yağacaq, külək güclənəcək Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb. APA TV xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Azərbaycanın rayonlarında oktyabrın 28-i axşam şimal və qərb rayonlarından başlayaraq 30-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.