AZ
Video yüklə

Bu ağacın 200 yaşı var

103 baxış Son xəbərlər
200 yaşı olduğu deyilən ağac Lənkəranın Boladi kənd sakini Mirsadiq Əmirlinin həyətindədir.

Qarağac ağacı uzunömürlü ağaclardan hesab edilir. Bu ağac Qarağac kimilər fəsiləsinə aiddir. Ağacın hazırki hündürlüyü 30 metrə qədər olsa da, çevrəsi 8 metr təşkil edir.

Rütubəti sevən Qarağac ağacı bir neçə əsrə şahidlik edib. İldırımvurma nəticəsində bir hissəsi qırılan ağac haqqında məlumat isə nəsildən-nəslə ötürülərək gəlib.

Bu ağacdan həm dekorotiv ağac, həm tikinti materialı kimi, eləcə də təbabətdə istifadə olunur. Qarağac ağacı ilk illərdə intensiv böyüsə də, onun sonradan böyümə intensivliyi azalır. Mütəxəssislər deyir ki, qarağac ağacının Azərbaycan ərazisində 16 növü yayılıb.

Kənd sakinlərinin istəyi ağacın yaşının müəyyən olunması və tarixi nümunə kimi qeydiyyata alınmasıdır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.