AZ
Video yüklə

BŞBPİ Milli Şuranın mitinqi barədə məlumat yaydı - Rəsmi

795 baxış Son xəbərlər
Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.



Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.



Bildirilib ki, saat 15:00-dan 17:00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də, müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.



İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.