AZ
Video yüklə

Birdəfəlik ödəmələrlə bağlı vacib açıqlama

307 baxış Son xəbərlər
Birdəfəlik ödəmə üçün müraciət edən vətəndaşa həyat yoldaşının əmək müqaviləsinin olduğu barədə bildiriş göndərilib. Halbuki, onun həyat yoldaşı 14 il əvvəl dünyasını dəyişib. Son günlərdə göndərilən buna bənzər xeyli yanlış sms var. Dövlət Məşğulluq Xidmətinin rəis müavini bu cür bildirişlər alan vətəndaşların kimə və necə müraciət etməli olduğunu açıqlayıb.

Maşını olmayan vətəndaşa birinə istifadəsində 2 nəqliyyat vasitəsi olduğu üçün 190 manatlıq birdəfəlik ödəmənin təyin edilmədiyi bildirilib. Digərinə isə həyatada olmayan ərinin əmək müqaviləsi əsas gətirilib.

Son günlərdə vətəndaşlardan bu cür yanlış bildirişlərin göndərilməsi ilə bağlı xeyli müraciət daxil olur. Məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev "Xəzər Xəbər"ə bildirib ki, bu cür hallarla qarşılaşan vətəndaşlar həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xətti, həm də rayon Məşğulluq Mərkəzlərinin telefon nömrələri ilə əlaqə saxlayaraq şikayətlərini edə bilərlər. Karantin dövründən sonra da bu cür müraciətləri etmək mümkün olacaq.

Cəmaləddin Quliyevin sözlərinə görə, istər indi, istərsə də sonradan edilən müraciətlər tam araşdırılacaq və müvafiq qərar qəbul ediləcək.

Ümumilikdə isə birdəfəlik ödəmə üçün müraciət edən bütün vətəndaşlara yaxın günlərdə bildirişlər göndəriləcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.