Bir neçə dəfə karantin qaydlarını pozan avtoxuliqan həbs edilib
435 baxış
Son xəbərlər
Nəsimi rayonu ərazində avtoxuliqanlıq edən şəxs həbs edilib.
Bununla bağlı məlumatı YPX.AZ-a Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov verib.
Polkovnikin bildirdiyinə görə, rayon ərazisində avtoxuliqanlıq edən və karantin rejimi səbəbi ilə qurulan yoxlama-buraxılma postlarında polis əməkdaşlarının "saxla" əmrinə tabe olmayan 09 BS 158 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Nəsimi rayon Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytinantı Qara Abdullayevin təşəbbüsü ilə təşkil olunan tədbirlər nəticəsində saxlanılıb.
Saxlanılan zaman sürücünün 1994-cü il təvəllüdlü Cəfərov Rafil Rafiq oğlu olduğu müəyyən edilib. Yoxlamalar zamanı onun heç bir icazəsinin olmadığı və karantin rejmi qaydalarını bundan əvvəl də 3 dəfə pozduğu aşkarlanıb.
C. Rafil haqqında toplanmış matreallar aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 511 və 211-ci maddələr əsasında 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.