AZ
Video yüklə

Binaların istismara qəbulu prosesi sürətləndirilib

6 baxış Son xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.





Xezerxeber.az-ın məlumatına görə, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bu ilin sentyabr ayının 1-nə kimi 209 bina üzrə 13 274 mənzilə qazın verilməsi təmin olunub.





Bu ilin may ayında isə istintaq zamanı sahibləri həbs edilmiş və ya sahibləri olmayan Mənzil Tikinti Kooperativlərinə məxsus bir neçə yaşayış binasının təbii qazla təmin edilməsi üçün Prezident Administrasiyasından "Azəriqaz"a tövsiyələr daxil olub. İndi həmin binalarda qazlaşdırma aparılır.





Lakin bəzən mübahisəli mənzillərin qapısının bağlı olması işin gedişatına öz təsirini göstərir. Məsələn, ən az halda 6, ən çox halda isə 107 mənzilin qapısı bağlı olan binalar mövcuddur. Ancaq həmin mənzillərə də sahibləri tapıldıqca qaz verilir.





Qeyd edək ki, qaz xətlərinin çəkilişi, sayğacların, habelə qaz sızması və dəm qazı detektorlarınım quraşdırılması da daxil olmaqla bütün işlər dövlət hesabına görülür.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.