Beynəlxalq təşkilatlara çağırış edildi

  • 26.04.2022
  • 0

Milli Məcliin bu gün keçirilən plenar iclasında 19 məsələ müzakirəyə çıxarıldı. Öncə cari məsələlərə diqqət çəkən MM sədri Sahibə Qafarova ötən günlərdə Dünya Azərbaycanlılarının Şuşada keçirilən V qurultayının əhəmiyyətli olduğunu bildirdi.

Lakin Qarabağda quruculuq işlərinə diqqət çəkən komitə sədri Zahid Oruc Türk Dövlətlıəri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qərb dövlətlərinə çağırış etdi. Bildirdi ki, həmin ərazilərin bərpasına 100 milyardlarla manat vəsait gərəkdir. Onu tək bir dövlət qarşılaya bilməz.

Böyük Qayıdışa dəstəyin verilməsini vacib sayan Zahid Oruc onu da əlavə etdi ki, Prezident İlham Əliyev 44 günlük hərbi meydanda olduğu kimi inşaat meydanında da qurucu lider kimi işini davam etdirir.

Nə düşünürsən?