AZ
Video yüklə

Bələdiyyə binasına silahlı hücum: ölənlər var

18 baxış Son xəbərlər
İspaniyada silahlı insident olub. APA TV "RİA Novosti"yə istinadən xəbər verir ki, atışma nəticəsində 3 nəfər ölüb. Yerli vətəndaş qvardiyası onlardan ikisinin hüquq-mühafizə orqanı əməkdaşı olduğunu qeyd edir.
Məlumata görə, insident Teruel əyalətindəki Albalate-del-Arzobispo bələdiyyəsində qeydə alınıb. Hadisədə şübhəli bilinən şəxs polislərin silahlarını oğurlayaraq ərazidən qaçıb. Qeyd olunur ki, qvardiyaçılar dekabrın 5-də törədilmiş silahlı insidentin səbəbkarının tutulması üçün həmin bələdiyyə ərazisində patrul xidməti aparırmış.
Hazırda cinayətkar şəxsin axtarışları aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.