Bəhram Xoşqədəmi, Elgizi belə ƏLƏ SALDI

  • 05.03.2024
  • 0

 Əməkdar artist, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun ən məşhur iştirakçısı, aktyor Bəhram Bağırzadə son paylaşımı ilə gündəmə gəlib.

Yerli telekanallarda yayımlanan müxtəlif sosial verilişlərdən fraqmentləri toplayan aktyor bu səhnələrə təəccüblə baxdığı video-rolik hazırlayıb.

Proqramlarda yayımlanan qışqır-bağır görüntülərinə heç bir şərh verməyən sənətçi sözügedən kadrlara təəccüblə baxmaqla kifayətlənib.

Onun bu görüntüləri pərəstişkarlarının marağına səbəb olub. Bağırzadənin bir kəlmə belə demədən sosial verilişləri tənqid edə bilməsi alqışlanıb.

Qeyd edək ki, video-rolikdə Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin və Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişindən fraqmentlər yer alıb.

 

 

Nə düşünürsən?