AZ
Video yüklə

BDU-da imtahan sessiyası izlənilib

10 baxış Son xəbərlər
Bakı Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri yaz semestrinin imtahan sessiyasının gedişatını izlədi. Şuranın üzvləri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə etdilər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar. Qonaqlar həmçinin builki məzunların buraxılış işlərinin müdafiəsində də iştirak etdilər və prosesi yaxından izlədilər.İctimai Nəzarət Şurasının üzvlərinə sessiyanın təşkili və gedişatı barədə məlumat verildi. Bildirildi ki, sessiyanın gedişinə operativ nəzarət, həmçinin tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.

Qeyd edək ki, Bakı Dövlət Universitetində iyunun 3-dən başlayan 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyulun 1-dək davam edəcək.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.