BDU-da beynəlxalq konfrans keçirilib

  • 15.12.2021
  • 0

Bakı Dövlət Universitetində “Fizikada Müasir Trendlər” mövzusunda VII beynəlxalq konfrans öz işinə başladı.

Konfransda respublika ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan və digər ölkələrin alimləri də iştirak edirlər.

Tədbirdə nano-texnoloji tədqiqatlar da daxil olmaqla kosmoloji problemlər, inflyasiya, kosmologiya və yüksək enerjilər fizikasının bir sıra məsələləri kimi mövzular müzakirəyə çıxarılıb.

Çıxışı zamanı konfransın əsas iştirakçılarının gənc alimlər olduğunu deyən BDU-nun rektoru Elçin Babayev, bunun çox sevindirici hal olduğunu vurğuladı.

Üç gün davam edəcək konfrans işini maraqlı stend məruzələr və bölmə iclaslarında davam etdirəcək.

Qeyd edək ki, beynəlxalq konfransın yekun materialları tanınmış Web of Science bazasına daxil olunacaq.

REAL

Nə düşünürsən?