AZ
Video yüklə

Bazar gününə olan hava ilə bağlı xəbərdarlıq

185 baxış Son xəbərlər
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. ETSN Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 9-12, gündüz 16-19, Bakıda gecə 9-12, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq. Rayonlarda əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.