Baş Prokurorluqda ulu öndər Heydər Əliyev anılıb
14 baxış
Son xəbərlər
Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etdi, məzarı önünə gül dəstələri qoydular.Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üzərinə tər çiçəklər düzüldü.
Daha sonra Baş Prokurorluğun inzibati binasında baş tutan mərasimdə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırdı ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində dövlətçilik tarixində müstəsna xidmətləri əvəzedilməz və danılmazdır.
Bildirdi ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyev bütün ömrü boyu Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb və gələcəyinin etibarlı bünövrəsini yaradıb.
Qeyd edildi ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyunun 15-də hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli məqsədilə mötəbər hüquqi bazanın yaradılmasında, eləcə də BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünün tanınmasına dair müvafiq qətnamələrin qəbul edilməsində mühüm rol oynayıb.
Bildirildi ki, həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunub. Qeyd edildi ki, ulu öndərin siyasi, iqtisadi, ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar, beynəlxalq sahədə gördüyü tədbirlər tarixə qızıl hərflərlə həkk olunan bugünkü zəfərin əldə edilməsinə yönəlmişdi.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.