AZ
Video yüklə
Baş Prokurorluq məlumat yaydı

Bu video hazırda oynadıla bilmir.

Baş Prokurorluq məlumat yaydı

274 baxış Son xəbərlər
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağdam və Beyləqanda müıki şəxslərin minaya düşməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan e-huquq.az-a verilən məlumata görə, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.