AZ
Video yüklə

Baş nazir nazirləri qəbul edib

3 baxış Son xəbərlər
Baş nazir Əli Əsədov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarını qəbul etdi.

Baş nazir dedi ki, 2009-cu ildə Naxçıvan Sazişi ilə yaranmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ötən dövr ərzində güclənmiş və vacib beynəlxalq quruma çevrilib. Əli Əsədovun sözlərinə görə, qardaş xalqlarımızı ortaq mədəniyyət, dil, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir. Bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Azərbaycanın hökumət başçısı qeyd etdi ki, türkdilli dövlətlər türkdilli dövlətlərin regionda əməkdaşlıq etməklə, digər ölkələrlə də dostluq və qarşılıqlı münasibətləri inkişaf etdirirlər.

Baş nazir əlavə etdi ki, Azərbaycan Türk Şurasına üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir. Ölkələrimiz regionda sabitliyin və sülhün qorunub saxlanılmasına mühüm töhfələr verir, eyni zamanda, bir-birinin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir.

Əli Əsədov onu da dedi ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə ötən il Türk Şurasının koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşü keçirilib. Baş nazir bunu həmrəyliyin növbəti bariz göstəricisi adlandırdı. Onun sözlərinə görə, dünya boyunca yayılmış bu bəla ilə mübarizədə Türkdilli dövlətlər bir-biri ilə həmrəylik göstərir, bir-birinə dəstək göstərir və müvafiq yardımlar edirlər: “Ümid edirəm ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı mübarizədə öz layiqli töhfəsini verəcək”.

Əli Əsədov bildirdi ki, Bakıda Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası keçirilir. Müzakirələr zamanı Türk İnvestisiya Fondunun yaradılması məsələsi də xüsusi aktuallıq kəsb edir. Fondun yaradılması kiçik və orta sahibkarlığa dəstək göstərməklə biznesin inkişafına töhfə verəcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanın 44 günlük Vətən müharibəsindən qalib və güclü ölkə kimi çıxdığını xüsusi vurğuladı. O dedi ki, türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştiraka hazırdırlar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.