AZ
Video yüklə

Baqhuzda İŞİD terrorçularından geriyə qalanlar

17 baxış Son xəbərlər
FaktXeber.com-un verdiyi məlumata görə, Suriyanın Baxquz-Fukani şəhərində İŞİD terrorçularının «çadır şəhərciyindən» görüntülər paylaşılıb.

Xatırladaq ki, Deyr əz-Zorun Baqhuz məntəqəsi İŞİD terrorçularının son müqavimət qalası idi. Kürd silahlı qruplaşmalar Amerika ordusunun dəstəyi ilə bu məntəqədə nəzarəti ələ keçirib. Yerli KİV-də bildirilib ki, Amerika ordusu həmin əməliyyatdan sonra Suriyadan 50 tona yaxın qızıl çıxarıb. SANA-nın məlumatına görə, amerikalılar bu qızılları təhlükəsizliklərinə təminat verdikləri yaraqlılardan alıblar. Belə ki, terrorçular Baqhuz məntəqəsi yaxınlığında gizlətdikləri 40 tona yaxın qızılı ABŞ hərbçilərinə veriblər. Bildirilib ki, ABŞ hərbçiləri terrorçulardan aldıqları qızıllardan başqa daha 10 ton ağırlığında xəzinə də aşkarlayıblar. Hərbçilər əldə etdikləri qızılları gecə ikən helikopterlərlə ölkədən çıxarıblar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.