AZ
Video yüklə

BANM məzunlarına MBA diplomları verildi

3 baxış Son xəbərlər
Bakı Ali Neft Məktəbində 2021-ci ilin Magistratura məzunlarına Cenevrə Biznes Məktəbinin MBA üzrə ikili diplomları təqdim olundu.

Tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məzunları təbrik edərək onlara uğurlar arzuladı. MBA proqramlarının uğurla həyata keçirildiyini bildirən rektor qeyd etdi ki, proqram dünyanın ən nüfuzlu özəl biznes məktəblərindən biri olan Cenevrə Biznes Məktəbi ilə imzalanmış Əməkdaşlıq haqqında razılaşmaya əsasən reallaşıb.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin Cenevrə Biznes Məktəbi ilə MBA proqramı barədə əməkdaşlıq razılaşması 2019-cu ilin aprel ayında imzalanıb. 2021-ci ildə 19 nəfər proqramı uğurla bitirərək məzun olub. 1995-ci ildə yaradılan Cenevrə Biznes Məktəbi 2016-cı ildə CEOWORLD jurnalının qlobal biznes məktəbləri sıralamasına əsasən dünyanın ilk yüzlüyündə yer alıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.