Bankomatdan pul oğurlayan şəxs saxlanılıb
309 baxış
Son xəbərlər
Bakı şəhər Baş Polis İdarəsindən YPX.AZ-a verilən məlumata görə, İdarənin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsininnin müxtəlif maddələri ilə məhkum olunan, 1973-cü il təvəllüdlü Rövşən Rəhimov müəyyən olunaraq saxlanılıb. Şübhəli şəxsin üzərindən 0,620 qram heroin aşkar olunaraq götürülüb.
R.Rəhimovun ətrafında keçirilən araşdırmalara müəyyən olunub ki, o, 2019-cu ilin iyul ayının 30-da Xətai rayon ərazisində yerləşən bankomatlardan birindən B.Kərimovaya məxsus 1000 manat pulu talayıb.
Şübhəli şəxsin digər oğurluq əməllərində iştirakı istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Bakı Şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.