Balaca Ramal yeni uşaq evində - Burada bizi...

  • 09.10.2024
  • 0

"Səni Axtarıram" verilişinin müəllifi və aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı 3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsindən qaçan 13 yaşlı Ramal Rəsulovu ziyarət edib.

O, balaca Ramalın yerləşdirildiyi Sosial Xidmətlər Agentliyinin digər müəssisəsinə  gedib.

X.Hidayətqızı müəssisəyə xəbərsiz gəldiyini deyib. Ramal yeni yerləşdirildiyi Sosial Xidmətlər Agentliyinin müəsisəsindən razılıq edib:

 

“Burada hər şey yaxşıdır, müəllimlər uşaqları vurmurlar. Müdür müəllimləri qoymaz ki, bizi vursunlar.  Yeməkləri də dadlıdır. Əvvəl qaldığım yerdə gündə 4 dəfə dadsız yeməklər verirdilər, burada isə 6 dəfə yemək verilir, hamısı da ləzzətlidir. Həyətə çıxıb gəzirik, futbol, domino oynayırıq, xüsusi oyun saatlarımız var”.

 

Nə düşünürsən?