AZ
Video yüklə

Bakıda güclü külək fəsadlar törətdi

42 baxış Son xəbərlər
Ötən gün axşam saatlarından əsən güclü külək Bakının bir neçə rayonunda fəsadlar törədib. Ağaclar kökündən çıxardan külək avtomobillərə və yaşayış evlərinə ziyan vurub. Bu arada Dövlət Dəniz Agentliyi xüsusi təhlükəli hava barədə xəbərdarlıq edib.



Güclü külək hündür mərtəbəli yaşayış binasının dam örtüyünü yaxınlıqda olan həyət evlərinin üzərinə aşırıb.



Hadisə ötən gün gecə saatlarında Nizami rayon Elşən Suleymanov 59 ünvanında baş verib.Ev sahibi Rahib Qəhrəmanov deyir ki,gecə yatdıqları yerdə qəfildən gurultu səsinə oyanıblar.



Rahib Qəhrəmanov bu hadisənin bir dəfə də baş verdiyini və hadisəyə səbəb kimi hündürmərtəbəli yaşayış binasının dam örtüyünün yaxşı bərkidilmədiyini deyir.



Binanı inşa edən şirkətin nümayyəndəsi Vüsal Abdullayev isə şifahi olaraq bildirdi ki,birinci hadisə baş verən zaman dam örtüklərində bərkitmə işləri aparılıb.Ancaq təbii fəalakət olduğundan ikinci dəfə də belə bir hadisə baş verib.Bu hal təkrar olmasın deyə yenidən dam örtüklərində bərkitmə işləri aparılacaq.



Güclü külək paytaxtın bir neçə rayonunda ağacları kökündən aşırıb,bir mənzilə və avtomobillərə ziyan dəyib. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun sözlərinə görə,aşan bütünağaclar ərazidən götürülərək aparılıb.



Orxan Məmmədovun sözlərinə görə,daha çox ağac aşmaları Nəsimi və Nərimanov rayonlarında olub.Qarşıdakı günlərdə güclü küləyin olmasını nəzərə alaraq vətəndaşlara və sürücülərə təhlükəsizlik qayalarına əməl etmək tövsiyyə olunur.



Güclü külək bəzi ərazilərdə təbii qaz şəbəkəsinə də ziyan vurub."Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, külək Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində vətəndaşa məxsus hasarı aşırıb. Bu zaman ərazidən keçən qaz xəttinin 13 metrlik hissəsi də hasarın altında qalaraq zədələnib.



Bu arada Dövlət Dəniz Agentliyi xüsusi təhlükəli hava barədə xəbərdarlıq edib.Xəbərdarlıqda bildirilir ki, dəniz akvatoriyasında fevralın 8-i axşamdan 10-u gündüzədək dalğanın hündürlüyünün 3-5 metrdən 7-9 metrə çatacağı və daha çox olacağı proqnozlaşdırılır.



Hava şəraitinə uyğun olaraq milli mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək. Bu gün həmçinin dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.