AZ
Video yüklə

Bakıda dəhşətli qəza

8 002 baxış Son xəbərlər
Bakıda dəhşətli avtomobil qəzası baş verib.
TİA.AZ “milli.az”a istinadən xəbər verir ki, hadisə dünən gecə 23:40 radələrində Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil başqa bir maşınla toqquşub. Zərbənin gücündən “VAZ-2107”-nin sürücüsü yola düşüb. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb edilib. Ağır vəziyyətdə olan sürücünün sonrakı taleyi barədə məlumat yoxdur.
Şahidlərin sözlərinə görə, toqquşan digər avtomobil sahibi hadisə yerindən qaçıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.