AZ
Video yüklə

Bakıda avtobus qəzaya uğradı

17 baxış Son xəbərlər
Qadın sərnişinin ayağı amputasiya olunub

Xətai rayonunda 46 saylı sərnişin avtobusu ilə minik avtomobili toqquşub.



İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə, daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb.



Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası müxtəlif dərəcəli bədən xəsarətləri alan qadınları 3 Saylı şəhər xəstəxanasına aparıb.



Toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub, vəziyyətləri ağırdır.



Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.