Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yoldan çıxıb
265 baxış
Son xəbərlər
Bakı-Sumqayıt yolunda marşrut xətti üzrə işləyən sərnişin avtobusu yoldan çıxıb.
YPX.AZ xəbər verir ki, avtobusun yoldan çıxma səbəbinin əyləc sistemində yaranan nasazlıq olduğu iddia edilir.
Belə ki, əyləc sistemində nasazlıq yaranan avtobus arxa-arxaya hərəkət edərək yoldan çıxıb və yol kənarında olan çökəkliyə düşüb. Yol kənarında olan torpaq hissədə dayanan avtobus, aşmaqdan son anda qurtulub.
Əraziyə Yol Polisi əməkdaşları cəlb edilib və xüsusi texnika vasitəsi ilə avtobus düşdüyü çökəklikdən çıxarılıb.
Bu zaman yolda, üzü paytaxt istiqamətində sıxlıq yaranıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Ramin Məmmədov

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.