AZ
Video yüklə

Bakı səKİlərİndə şütüyən motosİkletlİlər

186 baxış Son xəbərlər
Bəzi motosiklet sürücüləri yol hərəkəti qaydalarına riayət etmirlər. Bəzilərinin düşüncəsinə görə, motosikleti səki ilə, səkidə gəzən piyadalar arasında manevrlərlə, qoşa xəttin tələbini pozmaqla və əks yola çıxmaqla necə gəldi idarə etmək olar. Və bu saydığımız qayda pozuntuları onlar üçün adi hal hesab olunur.
YPX.AZ komandası Nərimanov rayonu ərazisində çəkiliş edərək xüsusi sifarişlə işləyən motosiklet sürücülərinin qayda pozuntularına yol vermələrini görüntüləyib və onlardan müsahibə alıblar. Müsahibə zamanı motosiklət sürücüləri doğru etmədiklərini, qayda pozduqlarını anladıqlarını ifadə etsələr də, yenə əməllərinə son verməyərək, onlara rahat olduğuna qənaət gətirdikləri formada motosiklet sürərək ətraf üçün təhlükə yaratmaqda davam edirlər.
Həmin sürücülər anlamırlar ki, motosiklet və kiçik motorlu mopedlər də nəqliyyat vasitəsidir və yol hərəkəti qaydaları onlara da aiddir. Qaydalardan kənara çıxanlar isə hər an təhlükə yaratmış olurlar. Əsasən də səkilərdə motosiklet idarə edən sürücülər piyadalar üçün böyük təhlükələr yaradırlar.
Qeyd edək ki, bir neçə motosikletin səkiyə park edildiyinin çəkilişini apardıqdan bir müddət sonra artıq sürücülər motosikletlərini həmin ərazidən uzaqlaşdıraraq səkini boşaltmışdılar. Bu isə motosikletlilərə nəzarət olunduqda qanunlara əməl etməyə başladıqlarını göstərir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.