Bu video hazırda oynadıla bilmir.
Bakı sakinlərinə xəbərdarlıq - Bu küçə və prospektlərə çıxmayın!
719 baxış
Son xəbərlər
Bu gün Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Oxu24.com xəbər verir ki, aprelin 18-də 150-dən artıq əsas küçə və prospekt dezinfeksiya olunacaq: Rəşid Behbudov küçəsi, Bülbül prospekti, Neftçilər prospekti, Mehdi Hüseyn küçəsi, Azərbaycan prospekti, İstiqlaliyyət küçəsi, Şeyx Şamil küçəsi, Hüseyn Cavid prospekti, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi və digər küçələr istiqamətində işlər aparılacaq. Dezinfeksiya işlərinə səhər saat 05:00-da start veriləcək. Xatırladaq ki, bu gün sakinlərə ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunub.Məşhur amerikalı boks hakimi Eddi Kotton koronavirusa yoluxduqdan sonra vəfat edib. Unikal.org xəbər verir ki, Eddi Kotton bu səhər vəfat edib. Həyat yoldaşının dediyinə görə, iki həftə əvvəl sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Daha sonra isə ona koronavirus diaqnozu qoyulub. Qeyd edək ki, 72 yaşlı Kotton Denis Lebedev, Marko Huk, Lennoks Lyuis, Mayk Tayson, Oleq Maskaev, Hasim Rəhman və başqalarının döyüşlərində hakimlik edib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.