AZ
Video yüklə

Bakı restoranlarında Ramazan menyusu

28 baxış Son xəbərlər
Ramazan ayının başlaması ilə əlaqədar restoranların işlətmə siyasəti də dəyişib. Online xidmət göstərən restoranlar artıq xüsusi ramazan paketləri hazırlayıblar. Hətta bir çox restoran çatdrılma xidmətinidə pulsuz həyata keçirir. Bərəkət,bolluq və savab ayı... 11ayın sultanıolan ramazanın başlanması ilə əlaqədar olaraq paytaxta bəzi restoranlar özəl hazırlıqlar görüb. onlarn oruc tutanlar üçün iftar və sahur menyuları hazırlayıblar. Karantin rejimi səbəbindən yalnız onliayn rejimdəfəaliyyət göstərən bu restaranların iftar vəsahur menyularının qşyməti isə təklif olunan yeməklərə görə dəyişir. Çatdırılma məsəlsinə gəldikdə isəhər bir restoranın buna öz yanaşması var. Hətta restoran sahiblərinin sözlərinə görə hazır paketlərdən başqa insanlar özləridə istədikləri yeməkləri menyudan seçə bilərlər. Marketinq üzrə mütəxəssis Sabit Məmmədovun sözlərinə görə hər il ramazan ayında restoranlara müraciət edənlər çoxalardısa bu pandemiya ilə əlaqədar restoranlar bundan məhrum oldurlar. Amma online çatdırılma xidmətinə yaxşı təşkil və reklam edən nəyinki müştəri itirməz hətta əlavə müştəri kütləsi topalaya bilərlər. Marketoloqun sözlərinə görə iftar menyularında qiymətlər dəqiq yazılmalı və hazır menyuların sayı çox olmalıdır. Ən keyfiyyətli məhsulu belə reklam vasitəsi ilə müştəriyə çatdırmaq lazımdır.sifarişin vaxtında çatdırılması və əhatə dairəsinin geniş olması darestorana etimadı formalaşdıran əsasamillədəndir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.