AZ
Video yüklə
Bakı metrosunda dəhşətli anlar

Bu video hazırda oynadıla bilmir.

Bakı metrosunda dəhşətli anlar

1 576 baxış Son xəbərlər
Bakı metrosunun "Ulduz" stansiyasında qatar yoluna düşən şəxsin 22 yaşlı Həsənov Şahlar olduğu müəyyənləşib.

Bu barədə Oxu24/com-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən bildirilib.

İlkin məlumata görə, o özünü pis hiss edib və bu səbəbdən qatar yoluna yıxılıb.

Bakı metrosunun "Ulduz" stansiyasında sərnişinlərdən biri stansiya yoluna düşüb.

Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu səbəbdən qatarların hərəkəti dayanıb və sərnişinlər təxliyə olunub: "Hadisə saat 19:05-də baş verib. Orta yaşlı bir kişi qatar yoluna düşüb. Bu zaman stansiyaya qatar yaxınlaşırmış. Onu dayandırıb, xətlərdən gərginlik çıxarılıb və sərnişin sağ-salamat çıxarılıb".

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.