AZ
Video yüklə

Bakı-Ələt yolunda uzun tıxac

3 685 baxış Son xəbərlər
Bakı-Ələt yolunda zəncirvari qəza baş verib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qəza yolda sıxlığa səbəb olub və avtomobillərin hərəkətini çətinləşdirib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.az-a bildirilib ki, bu gün 16 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 70-ci kilometrliyində iki nəqliyyat vasitəsi toqquşub:

“Hadisə nəticəsində sıxlıq yaranıb. Daha sonra zəncirvari qəza baş verib və ümumilikdə 10-a yaxın nəqliyyat vasitəsi toqquşub. Hazırda əraziyə əməkdaşlarımız cəlb olunublar. Avtomobillərin təhlükəsiz hərəkəti bərpa olunub”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.