AZ
Video yüklə

Bakı Ali Neft Məktəbinin yubiley tədbiri keçirilib

9 baxış Son xəbərlər
Bakı Ali Neft Məktəbində (BANM), universitetin yaranmasının 10 ili ilə bağlı yubiley tədbir keçirildi. Yubiley mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, nazirlər, dövlət rəsmiləri, millət vəkilləri, universitetin tələbə və müəllim heyəti iştirak edirdi.

Tədbirdə çıxış edən BANM-nin rektoru Elmar Qasımov universitetin tarixi, fəaliyyəti, iştirak etdiyi beynəlxalq layihələrdən danışaraq, kollektivi bu əlamətdar gün münasibətilə təbrik etdi.

Rektor, 10 illik fəaliyyəti dövründə bu ali məktəbin müxtəlif istiqamətlər üzrə, neft sektorunda, eləcə də digər sahələrdə yüksək ixtisaslı kadrların yetişməsində, mühüm rol oynadığını bildirdi.

Daha sonra çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakı Ali Neft məktəbinin inkişaf perspektivlərindən və bu 10 ildə universitetin təhsil sahəsində əldə etdiyi uğurlu nəticələrindən danışdı…

Tədbirdə həmçinin BANM-nin 10 iilik yubileyi münasibətilə universitetin bir qrup əməkdaşı SOCAR tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif edildi.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə SOCAR-ın tərkibində Dövlət ali təhsil müəssisəsi statusunda yaradılıb.
Onu da bildirək ki, Bakı Ali Neft Məktəbi Azərbaycanın tam ingilisdilli yeganə texniki ali məktəbidir.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.