AZ
Video yüklə

Bağırzadənin səhhəti ilə bağlı son məlumat

206 baxış Son xəbərlər
Əməkdar artist Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik yoxdur. Bunu Axar.az-a Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. O bildirib ki, Bağırzadənin səhhətində ümumilikdə müsbət dinamika davam edir. Bəhram Bağırzadə iyun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib. Əməkdar artistin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. B.Bağırzadə bir neçə gün əvvəl ECMO cihazından ayrılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.