Badamdarda sürüşməyə qarşı tədbir görülür
124 baxış
Son xəbərlər
Qrunt sularının axıdılması üçün Yaponiyadan yeni lövhələr gətirilib Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib ki, yamacda Azərbaycan mütəxəssisləri ilə yanaşı, Yapon mütəxəssisləri də tədqiqat işləri aparıb. O, bildirib ki, tətqiqat işlərinin nəticələrinə əsasən Yapon mütəxəssisləri FHN-nin İnşaat, Layihə inustutu ilə birgə sürüşmənin qarşısını birdəfəlik almaq üçün kompleks tədbirlər layihəsi işləyib. Təyyar Hüseynli layihə haqqında qısa məlumat verib: "Layihə mərhələli şəkildə aparılacaq. Hələ ki, yamacın üst hissəsindəyik. Burada layihə üzrə 3 drenaj quyunun qazılması nəzərdə tutulub. Bu quyuların hər birinin dərinliyi 30, diametri 3.5 metr, quyular arasındakı məsafə 42-50 metrdir. Əsas məsələ yamacın stabilliyini təmin etməkdir. Bunun üçün ilk növbədə sürüşməyə səbəb olan yeraltı sular tənzimlənməlidir. Əsas məsələmiz budur. Qurğular Yaponiyadan gətirilib. Quyulara bərkidiləcək lövhələr onun divarlarının dağılmaması üçündür. Quyulara pilləkənlər, xüsusi nasoslar qoyulacaq. Su səviyyəsi qalxdıqca operativ şəkildə sahədən kənarlaşdırılacaq. O zaman sahədə heç bir təhlükə olmayacaq. Digər işlər də paralel olaraq gedəcək”.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.