AZ
Video yüklə

Badamdarda sürüşmə aktivləşib

55 baxış Son xəbərlər
ETSN: "Ərazidə monitorinqlər aparılır"
Hadisə paytaxtın Səbayıl rayonu Badamdar qəsəbəsində qeydə alınıb. 80 metr enində böyük bir torpaq kütləsi 100 metr məsafədə yola doğru hərəkət edərək ərazi üçün təhlükə yaradıb.

Sürüşmədən yaranan torpaq kütləsi yaxınlıqdakı evlərə zərər vurmayıb. Badamdardan 20-ci sahəyə gedən yol tamamilə bağlanıb.

ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin məlumatına görə sürüşməyə səbəb atmosfer çöküntülərinin artmasıdır.

Qeyd edək ki, Bayıl yamacının bu hissəsində hər il təxminən eyni proses müşahidə olunur. Hadisə yerində olan ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlanma ekspedisiyasının rəisi Əziz Qaralov bildirdi ki, səhər saatlarında baş verən sürüşmə 2018-ci il oktyabr ayında baş verən sürüşmə kütləsinin üzərində gedən prosesdir.

Sürüşmə yaxınlığında yaşayan əhaliyə gəlincə Əziz Qaralov bildirdi ki, yaxınlıqda yaşayan əhali üçün heç bir təhlükə gözlənilmir. Lakin hazırda sürüşmə ərazisində aktivlik müşahidə olunur. Ərazidə monitorinqlər davam etdirilir.

Hadisə yerinə Səbayıl rayonun İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, ETSN-nin əməkdaşları, FHN-in əməkdaşları, AAYDA-nın əməkdaşları baş çəkərək, baş verən təbii proseslə yaxından tanış olublar.

Sürüşmə ilə bağlı yol polisi də sürücülərə müraciət edib, müraciətdə bildirilir ki, sürücülər alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət edə bilərlər.

Qeyd edək ki, bugün baş verən torpaq sürüşməsi bundan əvvəl olan sürüşmə nəticəsində ayrılan torpaq kütləsində qeydə alınıb. Bundan əvvəl sürüşmənin qaş hissəsində yerləşən fərdi yaşayış evlərinin sakinləri köçürülərək, əsaslı təmir və bərpa işlərinə start verilmişdi.

Xatırladaq ki, ötən ilin oktyabr ayının 11-də Badamadr yamasında baş verən torpaq sürüşməsi nəticəsində ərazidə təhlükəli vəziyyət yaranmış, həcmi 75 min kubmetr olan torpaq kütləsi yolun bir hissəsinə tökülərək nəqliyyatın hərəkətinə maneə yaratmışdı. Bu günə qədər isə yol nəqliyyat vasitələrinin istifadəsi üçün müvəqqəti açılmışdı.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***

14:15

Əraziyə ETSN-nin əməkdaşları, Səbayıl rayonun İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və digər əlaqədar qurumların əməkdaşları baş çakiblər və baş verən təbii proseslə yaxından tanış olublar.

Səhər saatlarında baş verən sürüşmə 2018-ci il oktyabr ayında baş verən sürüşmə kütləsinin üzərində gedən prosesdir. Bunu jurnalistlərə açıqlamasında ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlanma ekspedisiyasının rəisi Əziz Qaralov bildirdi.

Əziz Qaralov bildirdi ki, hazırda sürüşmə ərazisində aktivlik müşahidə olunur. Buna baxmayaraq yaxınlıqda yerləşən yaşayış evləri üçün təhlükə yoxdur.

Xatırladaq ki, bu ərazidə torpaq sürüşməsi 2018-c ilin Oktaybr ayının 11də qeydə alınıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.