AZ
Video yüklə

Azyaşlı sərnişin hərəkətdə olan avtomobilin lyukundan çölə çıxdı

337 baxış Son xəbərlər
Azyaşlı sərnişin magistral yolda hərəkət edən avtomobilin lyukundan çölə çıxıb.

YPX.AZ xəbər verir ki, redaksiyamıza daxil olan görüntülərdə hərəkətdə olan 90 VE 782 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobilin lyukundan sərnişin bəzən başını, bəzən isə gövdəsinin bir hissəsini çıxarıb və avtomobil o formada idarə olunub.

Lyuk yerindən çıxan sərnişinin isə azyaşlı olması ehtimal olunur.

Qeyd edək ki, avtomobilin lyuk yerindən avtomobil hərəkətdə olarkən başını, bədəninin bir hissəsini çölə çıxarmaq həm qanunazidd əməldir, həm də bu formada bir şey etmək həyati təhlükə daşıyır. Bunu edənin isə azyaşlı və ya yetkin şəxs olması qayda pozuntusu və ya təhlükəli olmasında heç bir fərq yaratmır.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.