AZ
Video yüklə

“Azərişıq” əməkdaşlarının fədakar əməyi

86 baxış Son xəbərlər
Bu gördüyünüz videokadrlar Lerik rayonunda çəkilib. Son günlər yağan qar və şaxta nəticəsində rayonun kəndlərini elektrik enerjisi ilə təchiz edən yüksəkgərginlikli xətlərdə qəzalar baş verir. Kadrlardan göründüyü kimi, dayaqlar və xətlər buz bağlayıb, qalın qarla örtülüb.



Belə şəraitdə qırılan xətləri bərpa etmək asan deyil. Amma “Azərişıq” ASC-nin əməkdaşları mürəkkəb hava şəraitinə, qara, şaxtaya baxmayaraq istehlakçıların elektrik enerjisi ilə təchizatını operativ qaydada bərpa edir, qırılan xətlər təmir olunur. Bu, ölkənin elektrik təchizatı operatorunun ekstremal hava şəraitində gücləndirilmiş rejimdə necə işlədiyinin daha bir əyani sübutudur...

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.