“Azəriqaz”dan sahibkarlara dəstək
8 baxış
Son xəbərlər
“Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası istehlakçıların tərəvəz məhsullarına olan tələbatının əhəmiyyətli hissəsini üzərinə götürən Şəmkir rayonunda təşkil olunub. "Azəriqaz" İB-nin, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri rayonun Əliyaqublu kəndində baş tutan aksiyada tərəvəz istehsalı ilə məşğul olan istixana sahibləri ilə görüş keçiriblər. Görüşdə 50-dək sahibkarın problemi dinlənilib. Çıxış edən sahibkarlar ötən illər ərzində istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan borclarla bağlı güzəştlərin olunmasını Birliyin rəhbər şəxslərindən xahiş ediblər.
Baş direktorun satış üzrə müavini Rəşad Cavadov ünvanlanan hər bir təklif və müraciətin Birliyin rəhbərinə çatdırılacağını və araşdırılaraq müvafiq qərarların veriləcəyini bildirib.
Daxil olan çoxsaylı müraciətlər nəticəsində vətəndaşların problem və təkliflərini dinləmək üçün “Səyyar qəbul otağı”nın növbti ünvanı Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivi oldu. İki saat ərzində Birliyin “Açıq mikrofon”u bu massivin sakinlərinin ixtiyarına verildi. Aksiyada iştirak edən vətəndaşlar yaşadıqları yeni yaşayış massivində təbii qazdan istifadə edə bilmədiklərini, alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş etdilər. Ünvanlanan hər bir müraciət qeydiyyata götürülərək, Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacağı bildirildi.
Qeyd edək ki, Xaşaxuna bağlar massivində təşkil olunan aksiya sayca 20-ci idi.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.