Azərbaycanlı yanğınsöndürənlərin növbəti qrupu Türkiyədən qayıdıb
2 baxış
Son xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş verən meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri 16 avqust 2021-ci il tarixindən etibarən hissə-hissə ölkəmizə qayıdır.
Nazirlikdən verilən məlumata görə, qardaş Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirən və quru yolu ilə geri qayıdan FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub.
Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb.
Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin ilk iki qrupu təyyarə ilə 16 avqust 2021-ci il tarixində ölkəmizə qayıdıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.