Azərbaycanlı polis qızın yeni görüntüləri yayıldı
1 010 baxış
Son xəbərlər
Almaniyada yaşayan azərbaycanlı xanım, polis əməkdaşı Lena Instagram-da diqqət mərkəzinə düşüb. BAKU.WS-in məlumatına görə, sosial şəbəkədə paylaşdığı son fotoları izləyənlərinin bir xeyli marağına səbəb olub. Lena polis olmağına baxmayaraq çoxlarının arzu etdiyi həyat tərzini yaşayır. Lena orta məktəbdə oxuyarkən anası ilə birlikdə Bakıdan Berlinə köçüb. 29 yaşlı azərbaycanlı polis komissarı 14 il əvvəl gəldiyi Almaniyada özünə xoşbəxt bir həyat qura bilib. Anası Susana (55 yaşlı) Almaniyada tibbi yardım alır. 57 yaşlı atası İlham isə 6 il Bakıda işlədikdən Berlinə yollanıb. Berlində polis peşəsinə sahib olmaq üçün təhsil alan Lena polis olduqdan sonra Neuköllndə işləməyə başlayıb. Lena, alman, eləcə də rus, türk, ingilis və fransız dillərindən danışa bilir.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.