Azərbaycanla Serbiya arasında memorandum
60 baxış
Son xəbərlər
Ölkəmizə səfərə gəlmiş Serbiya Respublikası əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Dariya Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyində görüş olub.
ƏƏSM Naziri, AZərbaycanla Serbiya arasında ticarət və əməkdaşlıq üzrə hökumətlərarsı Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Azərbaycan-Serbiya əlaqələrinin strateji xarakter daşıdığını, iki ölkənin dövlət başçılarının bu əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını vurğulayıb. 2013-cü ildə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq üzrə birgə Bəyannamənin, 2018—ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının əlaqələrin inkişafına imkan yaratdığını dedi. Ticarət və iqtisadi əməkdaşlığın yüksələn xətlə davam etdiyini, ticarət dövriyyəsində ildən ilə artım olduğunu, 2021-ci ilin aynvar may aylarında da bu artımın 55.39 faiz təşkil etdiyini qeyd edib.
Nazir həmçinin ölkəmizdə sosial ödənişlərin artırılması, aktiv məşğulluq və sosial müdafiə proqramlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. Serbiya ilə əmək, məşğulluq, sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələri üçün böyük potenialın olduğunu vurğulayan nazir artıq bu sahədə qarşılıqlı fayda verəcək əməkdaşlıq sənədlərinin layihələrinin hazırlandığını qeyd edib.
Serbiya Respublikası əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Dariya Kisiç Tepavçeviç isə öz növbəsində Serbiyanın Azərbaycana olan dost münasibətini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olmasının məmnunluq doğurduğunu vurğulayıb. Ölkəsinin AZərbaycanla bütün sahələrdə əlaqələrin genişlənməsinə xüsusi əhəmiyyət verdiyini, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bildirib.
Görüşdə həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi və Serbiya Respublikasının ƏMək, Məşğulluq, Veteranlar və sosial işlər nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma memorandumu”nun və “AZərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında sosial təminat haqqında Saziş”inin layihələri müzakirə olunub.
Görüşün sonunda “Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi və Serbiya Respublikasının ƏMək, Məşğulluq, Veteranlar və sosial işlər nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma memorandumu” imzalanıb.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.