AZ
Video yüklə

Azərbaycanla Ermənistan sülh danışıqlarına hazırlıq görür

8 baxış Son xəbərlər
“Ermənistan Azərbaycanla sülh danışıqlarında vasitəçilik etməsi üçün yaxın vaxtlarda ATƏT-in Minsk Qrupuna müraciət edə bilər”.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Armenpress”-ə bildirib.

Sitat

“Sənəd imzalanması üçün təbii ki, danışıqlar prosesi getməlidir. Hər iki tərəfdən səslənən bəyanatlar danışıqları prosesinə keçmədiyindən və iki ölkənin birbaşa danışıqlar aparmaq təcrübəsi olmadığından Ermənistan sülh danışıqlarının başlanmasına yardım göstərməsi üçün yəqin ki, yaxın vaxtlarda ATƏT-in Minsk Qrupu həmsədrliyinə müraciət edəcək”.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov isə jurnalistlərə bildirib ki, əsas prioritet kommunikasiyaların bərpası, o cümlədən Naxçıvana gedən dəmir yolu və avtomobil yolunun açılması istiqamətində işlərin görülməsidir:

Sitat:
“Cənab Prezident dəfələrlə bəyan edib ki, biz kommunikasiyaların açılmasının, üçtərəfli bəyanatların tam və davamlı olaraq yerinə yetirilməsinin tərəfdarıyıq.

Biz Ermənistanla heç bir qeyd-şərt olmadan sərhədlərin delimitasiya prosesinə başlamağa hazırıq. Buna paralel olaraq iki ölkə arasında münasibətlərin normallaşdırılması və digər əlaqələrin bərpa olunması prosesi gedə bilər.

Təbii ki, bütün bunlar Ermənistanın siyasi iradəsindən asılıdır. Ermənistan siyasi iradə göstərsə, biz münaqişə tarixinin səhifəsini bağlamağa, eyni zamanda, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində sülh müqaviləsinin bağlanmasına hazırıq”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.