Azərbaycanın xüsusi təyinatlı bölmələri belə təlim keçir
21 baxış
Son xəbərlər
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib. Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar şərti düşmən müdafiəsinin dərinliyində pusqu quraraq həmlə üçün əlverişli məqamda onun komanda məntəqəsi və hərbi təyinatlı obyektinin ələ keçirilməsi fəaliyyətini məşq ediblər. Əsas diqqət gizli hərəkətin təşkili və şərti düşmənin diversiya-kəşfiyyat qruplarının məhv edilməsinə yönəldilib. Sonra xüsusi təyinatlılar əlbəyaxa döyüş elementlərinin tətbiqi ilə nümunəvi çıxışlar nümayiş etdiriblər.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.