AZ
Video yüklə

Azərbaycanın sülh çağırışları

13 baxış Son xəbərlər
Azərbaycan tərəfinin xoşməramlılıq əlaməti olaraqErmənistana sülhə dair yeni təkliflər göndərməsi ölkələr arasında münasibətlərin normallaşdırılmasında növbəti mərhələ ola bilər. Ona görə ki, rəsmi Bakı İrəvanla münasibətləri qarşılıqlı inkişaf etdirmək məqsədilə, birtərəfli addımlar atsa da, nəticə heç də ürəkaçan olmur. Bu dəfə isə Ermənistana 5 bəndlik təklif göndərilib. Ekspertlər bildirirlər ki, sözügedən çağırış Ermənistanla əlaqələrin bərpası baxımından əhəmiyyətlidir və qarşı tərəfə müəyyən dividentlər qazandıra bilər.

Ermənistana təklif olunan fundamental prinsiplər və sülhə dair çağırışlar arasında iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi məsələsi də dayanır.

Mahiyyət etibarilə, Ermənistan münasibətləri normallaşdırmaq niyyətindədirsə, bu, onlar üçün əsl fürsətdir. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğal faktına son qoyulduğunu nəzərə alsaq, bundan sonra baş verəcək hadisələrin bölgənin inkişafına töhfə verəcəyi sözsüzdür.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.