Azərbaycanda xarici filmlər çəkiləcək
17 baxış
Son xəbərlər
Azərbaycanda turist axınına təsir edəcək xarici filmlər çəkiləcək. Artıq Dövlət Turizm Agentliyi bununla bağlı işlərə başlayıb.
Xezerxeber.az-ın məlumatına görə, Agentliyin sözçüsü Kənan Quluzadə deyib ki, əsas hədəf bəzi filmlərə dəstək olmaqla turist axınını artırmaqdır.
Onun sözlərinə görə, artıq Koreyadan film çəkilişi üçün sifariş alınıb.
Turizm üzrə ekspert Rəhman Quliyev isə deyib ki, bu təcrübə bir çox turizm potensialı olan ölkələrdə geniş yayılıb. Məsələn, bu yaxınlarda qonşu Gürcüstanda çəkilən forsaj filminin çəkimlərini izləmək üçün minlərlə turist gəlib.
Ekspert onu da bildirib ki, Türkiyədə də bu təcrübə kifayət qədər geniş yayılıb. Xüsusən İstanbulda xarici kliplər və filmlərin çəkilməsi üçün lazımi şərait yaradılır. Bu isə nəticədə turist axınına öz təsirini göstərir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.