AZ
Video yüklə

Azərbaycanda vəziyyət gərginləşə bilər

24 baxış Son xəbərlər
Məsuliyyətsizlik və nizam-intizamsızlıq vəziyyəti daha da gərginləşdirə bilər. Xezerxeber.az-ın məlumatına görə, bunu TƏBİB-in yolxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, koronavirusa yoluxma faktları qeydə alındığı müddətdə təhlükənin sovuşmasından söhbət gedə bilməz. Vasif Əliyevin sözlərinə görə, insanların məsələyə bu qədər diqqətsiz yanaşmaları pandemiyanın daha geniş vüsət almasına səbəb ola bilər.Vaxtında atılan addımlar sayəsində kütləvi yoluxmanın qarşısı alınmış olsa da, bundan sonra bir fərdin məsuliyyətsizliyi yoluxmanın miqyasını genişləndirə bilər. Belə olan halda hazırda tətbiq olunan xüsusi karantin rejimi daha da sərtləşdiriləcək. Ona görə də hər bir şəxs karantin rejiminin qaydalarına əməl etməlidir. Əllər tez-tez yuyulmalı, ara məsafəsi saxlanılmalı və kütləvi toplaşmalar olmamalıdır. Zərurət olmadıqda evdən çıxmamaq vacib şərtlərdəndir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.