AZ
Video yüklə
Azərbaycanda tanınmış iş adamı həbs edildi

Bu video hazırda oynadıla bilmir.

Azərbaycanda tanınmış iş adamı həbs edildi

430 baxış Son xəbərlər
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "MİR” avtosalonun sahibi Məhərrəm Əhədova hökm oxunub.

Manset.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü iş adamı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib.

Bildirilib ki, iş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. M.Əhədov onlardan ümumilikdə 1,2 milyon (340000, 351884, 68000, 170000, 272000) manat alaraq dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edək ki, M.Əhədova cinayət işinin açılmasından bir il əvvəl oğlu, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Yasamal rayonunda yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.