AZ
Video yüklə

Azərbaycanda Ramazan bayramıdır

8 baxış Son xəbərlər
Azərbaycanda bu gün Ramazan bayramıdır.



Ölkədə Ramazan ayı mayın 6-da başlayıb.



Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edir.



Azərbaycanda Ramazan bayramı iki gün - iyunun 5-i və 6-da qeyd olunur.



Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.



QMİ Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq, fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.