AZ
Video yüklə

Azərbaycanda orta məktəbin stadionunu satdılar

771 baxış Son xəbərlər
Azərbaycanda orta məktəbə məxsus stadionun ərazisi satışa çıxarılıb.

Sfera.az bildirir ki, bu barədə A24.az-a Masallı rayonunun Qəriblər kənd sakinləri tərəfindən verilən məlumatda deyilir. Bildirilir ki, Qəriblər kəndində yerləşən tam orta məktəbin stadionu satışa çıxarılıb. 0.5 hektar ərazisi olduğu deyilən stadionun artıq yeni sahiblərinə veriləcəyi bildirilir.

Hazırda satışa çıxarılan ərazi hasarlanıb və şagirdlərin stadiona daxil olmasına qadağa qoyulub. Kənd sakinləri stadionun satılmasından narahat olduğunu bildirib. Eyni zamanda, valideynlər orta məktəbdə tədris olunan "Bədən tərbiyəsi” fənninin qüvvədən düşdüyünü vurğulayır.

Qeyd olunur ki, stadion ərazisi kənd bələdiyyə sədri Müşfiq Ağayev tərəfindən satılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.